Azərbaycanda 8832 milyon qoyun və keçi var

azerbaycanda-8832-milyon-qoyun-ve-keci-var
Oxunma sayı: 1465


Bu barədə «APA-Economics»ə Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov məlumat verib. 

Ç.Fərəcovun sözlərinə görə, keçən ilin müvafiq dövrünə nisbətən iribuynuzlu mal-qara ümumilikdə 1%, inək və camışlar 1,2%, qoyun və keçilərin sayı isə 1% artıb.

 Şöbə müdirinin sözlərinə görə, ümumiyyətlə, son dövrlər Azərbaycanda heyvandarlıq sahəsi sürətlə inkişaf edir: «Əgər bu ilin ilk 6 ayında ümumi məhsul istehsalı 5,1% artıbsa, onun əsas hissəsi məhz heyvandarlıq hesabına əldə olunub».

 Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda ət istehsalı 3,2%, süd - 6,6%, yumurta - 14%, yun istehsalı isə 2,6% artıb.