Azərbaycanda adını dəyişmək istəyənlərin sayı artıb

Azərbaycanda adını dəyişmək istəyənlərin sayı artıb
Oxunma sayı: 4522

Azərbaycanda adını və soyadını dəyişmək üçün müraciət edənlərin sayı artıb.

"Qafqazinfo" xəbər verir ki, Ədliyyə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 2016-cı il ərzində 2967 şəxs adın, soyadın və ata adının dəyişdirilməsi üçün müraciət edib. 2015-ci il ərzində isə belə müraciət edənlərin sayı 2314 nəfər olub.

Müraciətlərdə vətəndaşlar tərəfindən adların dəyişdirilməsinə əsasən adın normal səslənməməsi, çətin tələffüz edilməsi, milliyyətə, cinsə uyğun gəlməməsi, mənası və s. səbəblər göstərilib.

Nazirlikdən o da əlavə edilib ki, 2016-cı il ərzində daha çox 21-30 yaş arası şəxslər adın, soyadın və ata adının dəyişdirilməsi üçün müraciət ediblər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi