Azərbaycanda ağır cinayət törətmiş şəxs Gürcüstanda tutuldu

azerbaycanda-agir-cinayet-toretmis-sexs-gurcustanda-tutuldu
Oxunma sayı: 1727

Ötən gecə Gürcüstanın Kaxeti  bölgəsində Azərbaycan vətəndaşı saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə APA Gürcüstanın Daxili İşlər Nazirliyinə (DİN) istinadən məlumat yayıb. Məlumata əsasən, saxlanılan şəxs Mşvidobiani kəndində avtomobil qaçırıb.

DİN əməkdaşları onu “isti izlər”lə saxlayıb.  Saxlanılan şəxsin ağır cinayətə görə Azərbaycan dövləti tərəfindən axtarışa verildiyi bildirilir.

Faktla bağlı istintaq aparılır.