Azərbaycanda ağır cinayətlər törətmiş 47 qrup zərərsizləşdirilib

azerbaycanda-agir-cinayetler-toretmis-47-qrup-zerersizlesdirilib
Oxunma sayı: 2404

“Qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 82 nəfər cinayət məsuliyyətinə cəlb edilib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) 2018-ci ilin birinci yarısına həsr olunmuş kollegiya iclasında nazirin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov hesabat məruzəsində bildirib.

O qeyd edib ki, ilin ilk 6 ayı ərzində 9413 yol-nəqliyyat qəzası, piyadaların vurulması ilə nəticələnən 246 hadisə aşkarlanıb, axtarışda olan 52 avtomobil saxlanılıb.

Məruzəçi bildirib ki, altı ayda mütəşəkkil cinayətkarlığa qarşı həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 441, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 47 qrup zərərsizləşdirilib.

Bundan başqa, 105 insan alveri cinayətinin müəyyən olunduğu, 18 nəfərdən ibarət 8 cinayətkar qrupun zərərsizləşdirildiyi, bu faktlar üzrə başlanılmış cinayət işlərinin istintaqı çərçivəsində 17 nəfərin məhkəmə məsuliyyətinə cəlb olunduğu, habelə insan alverinin qurbanı olmuş 66 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edildiyi diqqətə çatdırılıb.