Azərbaycanda ağır qəza – - 3 ölü

azerbaycanda-agir-qeza-
Oxunma sayı: 1391


Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "QAZEL" markalı yük avtomobilinin sürücüsü və 1 nəfər sərnişini müxtəlif bədən xəsarətləri alaraq yanğınsöndürən-xilasedicilər hadisə yerinə çatana kimi Təcili Tibbi Yardım Stansiyası tərəfindən Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.

"VAZ" markalı minik avtomobilindən 3 nəfərin sıxılmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.