Azərbaycanda ağır qəza - Ölənlərin adları + Yenilənib

azerbaycanda-agir-qeza
Oxunma sayı: 13452

Bakıdan Beyləqana gedən “Mercedes” markalı avtomobil qəzaya düşüb.

"Qafqazinfo" unikal.org-a istinadən xəbər verir ki “Mercedes” markalı 42-CA -252 dövlət nömrə nişanlı avtomobil Daşburuna çatarkən, Gödəklər və Qaradağlı kəndi ərazisində ağır qəza keçirib.

Nəticədə İki hərbçi zabitimiz qəza nəticəsində dünyasını dəyişib, bir qadın isə ağır yaralanıb. Dünyasını dəyişən zabitlərdən birinin Murad Muradov olduğu bəllidir və digərinin isə onun zabit yoldaşı olduğu bildirirlir. 

***

Bizim Yol-un Beyləqan Polis İdarəsindən aldığı məlumata görə ölənlərdən biri hərbçi Murad Muradov, digəri isə mülki şəxsdir.Yaralanan qadın da mülki şəxsdir onun da vəziyyəti ağırdır.

***

Beyləqan Rayon Polis Şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, hərbçi Murad Muradov Məhəmmədli oğlunun idarə etdiyi avtomobil idarəetməni itirərək qəza törədib. Nəticədə özü və qaynı Babayev Toğrul Zaman oğlu hadisə yerində dünyasını dəyişib. Digər sərnişin – Babayeva Zöhrə Bəydadaş qızı isə yaralanıb.

Z.Babayeva ölən hərbçinin qayınanasıdır.