Azərbaycanda “Ai-92” idxal rüsumundan azad edildi

azerbaycanda-ai-92-idxal-rusumundan-azad-edildi
Oxunma sayı: 836

Azərbaycanda 92 oktan ədədi ilə benzinlər idxal rüsumundan azad edilib. "Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə dəyişikliklər edilib.

Yeni dəyişikliklərə uyğun olaraq, Azərbaycana gətirilən mühərrik benzinləri (aviasiya benzinləri istisna olmaqla), tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox olan 95-dən az oktan ədədi ilə mühərrik benzinləri, o cümlədən 92 oktan ədədi ilə benzinlər idxal rüsumundan azad edilib.

Nazirlər Kabinetinin digər qərarı ilə Azərbaycan ərazisinə gətirilən bu benzinlərə tətbiq edilən aksiz dərəcələri 1 ton üçün 200 manatdan 1 manata endirilib.

Bu qərarlar 90 gün müddətində qüvvədə olacaq.