Azərbaycanda ali məktəblərə sənəd qəbulu başa çatdı

azerbaycanda-ali-mekteblere-sened-qebulu-basa-catdi
Oxunma sayı: 634

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, ali məktəblərə sənəd qəbuluna aprelin 9-dan başlanılıb və mayın 17-dək davam edib. Ərizələrin təsdiqi isə aprelin 15-dən mayın 17-dək aparılıb.

Ərizələrini Sənəd Qəbulu komissiyalarında təsdiq etdirən abituriyentlər üçün sənədlərin təsdiq edilməsi prosesi aprelin 17-də saat 17:00-da başa çatıb.

Ümumi təhsil müəssisələrini 2012/2013-cü tədris ilində bitirən abituriyentlər, ilk peşə ixtisas təhsili müəssisələrini 2012/2013-cü tədris ilində bitirən qız abituriyentlər və 2011/2012-ci və 2012/2013-cü tədris illəri üçün Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə verib təsdiq etdirmiş qız abituriyentlər elektron ərizələrini elektron yolla özləri təsdiq etdirə biliblər. Bu abituriyentlərin ərizələrinin qəbulu və təsdiqi prosesi aprelin 17-də 00:00-da başa çatıb.
Ali məktəblərə III ixtisas qrupu üzrə qəbul imtahanı iyulun 14-də, I ixtisas qrupu üzrə iyulun 21-də, IV ixtisas qrupu üzrə iyulun 28-də, II ixtisas qrupu üzrə isə avqustun 3-də keçiriləcək.
Ali təhsil müəssisələrinə ixtisas seçimi 6-15 avqustda, bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə əlavə yerləşdirmə və orta ixtisas təhsili müəssisələrinə (tam orta təhsil bazasında) müsabiqə və yerləşdirilmə isə 18-22 avqustda keçiriləcək.