Azərbaycanda analığın mühafizəsi

azerbaycanda-analigin-muhafizesi-
Oxunma sayı: 654

Nazirliyin mətbuat xidmətindən “Qaazinfo”ya verilən məlumata görə, seminarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Rauf Tağıyev, Finlandiya Respublikasının ölkəmizdəki səfiri Yuhani Toyvonen, Azərbaycan Respublikası Sahibkarlar (İşə götürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Məhəmmədəli Əfəndiyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, BƏT-in sosial təhlükəsizlik üzrə baş mütəxəssisi Mariko Ouchi və beynəlxalq ekspertlər, aidiyyatı dövlət və qeyri-dövlət qurumlarının təmsilçiləri, finladiyalı donorlar və başqaları iştirak edib.

Seminarda Azərbaycanda beynəlxalq əmək standartları və analığın mühafizəsi üzrə milli təcrübə, kişi və qadınların sosial ehtiyaclarının ödənilməsi, əmək bazarında kişi və qadınların bərabər iştirakının tənzimlənməsi sahəsində mövcud vəziyyət təhlil olunub. Tədbirdə BƏT-in 183 nömrəli Konvensiyasına uyğun olaraq müəyyənləşdirilmiş beynəlxalq əmək standartlarına müvafiq şəkildə analığın mühafizəsi sisteminin yaxşılaşdırılması yolları, bu sahədə milli qanunvericiliyin təkmilləşdirilməsi məsələləri ətrafında müzakirələr olunub.

Qeyd edək ki, Azərbaycan 2010-cu ildə Beynəlxalq Əmək Təşkilatının (BƏT) Analığın mühafizəsi ilə bağlı 183 nömrəli Konvensiyasını ratifikasiya edib. Bununla bağlı BƏT analığın mühafizəsi sistemlərinin təkmilləşdirilməsi məqsədi ilə MDB regionunda, o cümlədən Azərbaycanda analığın mühafizəsinin təşviqini texniki dəstəklə təmin edir. Bu istiqamətdə tədbirlər Finlandiya tərəfindən maliyyələşdirilən texniki əməkdaşlıq layihəsi çərçivəsində həyata keçirilir.