Azərbaycanda “Anchor”u da saxtalaşdırdılar

azerbaycanda-anchoru-da-saxtalasdirdilar
Oxunma sayı: 722

Azərbaycanda əhaliyə məşhur “Anchor” yağına bənzəyən “Andhor” adlı yağlar satılır. Adındakı hərf dəyişməsini çıxmaq şərti ilə, istər dizayn, istər rəng, istərsə də qablaşdırma baxımından “Andhor” yağları 5 kiloqramlıq “Anchor” yağlarından fərqlənmir. “Andhor” yağının harada və kimlər tərəfindən istehsal olunduğu və niyə məhz bu şəkildə satışa çıxarıldığı məlum deyil.

“Anchor” yağının Azərbaycandakı yeganə və rəsmi distribyutoru olan “Delta Group” “Qafqazinfo”ya verdiyi məlumatda əhalini diqqətli olmağa çağırıb. Delta Group-un rəhbərliyi “Andhor” yağını istehsal edən şəxslərdən sağlam rəqabət prinsipini gözləməyi və öz məhsullarını satışa öz dizaynları və qablaşdırmaları ilə buraxmalarını qəti surətdə tələb edib.

Delta Group-un rəhbərliyi bu məsələ ilə bağlı müvafiq qurumlara, o cümlədən məhkəməyə, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinə və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət edəcəyini bildirib.

Delta Group qeyri-sağlam rəqabət aparmaq istəyən şirkətlərlə sonuna kimi mübarizə aparacağını bəyan edib.

Nigar Məmmədli