Azərbaycanda avtobus maşınla toqquşdu - 3 ölü, 15 yaralı+Video

azerbaycanda-avtobus-masinla-toqqusdu-3-olu-15-yaralivideo
Oxunma sayı: 632

“Qafqazinfo”nun FHN-in rəsmi saytına istinadən verdiyi məlumata əsasən, Ağdaş-Mingəçevir yolunun 15-ci km-də Şıxlı kəndi ərazisində Ağdaş-Mingəçevir marşurutu ilə hərəkət edən vətəndaşa məxsus "Mercedes" markalı mikroavtobusu "BMW" minik avtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib. Nəticədə mikroavtobusun sürücüsü, mikroavtobusda olan 14 nəfər sərnişin və minik avtomobilində olan sərnişinlər müxtəlif bədən xəsarəti alıb.

Yanğınsöndürən-xilasedicilər hadisə yerinə çatana kimi xəsarət alanlar təcili yardım xidməti və vətəndaşlar tərəfindən Ağdaş rayon mərkəzi xəstəxanasına aparılıb.

Minik avtomobilinin sürücüsü A. X. Orucov və avtomobildə olan sərnişinlər 1960-cı il təv. Məmmədov Maarif Möhsüm oğlu və 1967-ci il təv. Əliyev Mürvət Həmid oğlu aldığları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Sıxılmış vəziyyətdə qalmış meyitlər yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilmişdir. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Əməliyyat 18.35-də başa çatıb.