Azərbaycanda avtoritetdən dəhşətli qisas - 32 bıçaq zərbəsi

azerbaycanda-avtoritetden-dehsetli-qisas-32-bicaq-zerbesi
Oxunma sayı: 1232

Bu gün günorta saatlarında Heydər Əliyev adına Hava Limanında dəhşətli qətl törədilib. AZNEWS.AZ-a daxil olan ekskluziv məlumata görə, aeroportda Ordubad rayonunun Nüsnüs kəndinin sakini Əhmədov Alim Ehtiram oğlu 32 yerindən bıçaqlanaraq dəhşətli şəkildə qətlə yetirilib.

Əldə etdiyimiz məlumatda bildirilir ki, dəhşətli cinayəti törədən şəxs idman aləmində müəyyən nüfuza malik olan və “Şərurlu Musa” kimi tanınan Musa Musayevin qardaşıdır. Bu barədə bizə məlumat verən mənbənin sözlərinə görə, dəhşətli cinayəti törədən şəxs ötən ilin dekabrında Moskvada güllələnərək öldürülən Natiq Musayevin qardaşıdır.

Məlumata görə, öldürülən A.Əhmədov N.Musayevin qatili imiş. Qardaşı isə onu öldürərək, N.Musayevin qisasını alıb.

Hadisənin ən maraqlı tərəfi isə odur ki, cinayəti törədən şəxs daha sonra mərhumun cəsədini maşınına qoyaraq, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gələrək polisə təslim olub.