Azərbaycanda ayın ən yaxşı futbolçusu bilindi

azerbaycanda-ayin-en-yaxsi-futbolcusu-bilindi
Oxunma sayı: 645

Azerisport.az saytının apardığı sorğu nəticəsində futbolsevərlərin rəyinə əsasən Adrian Pit ötən ayın ən güclü futbolçusu seçilib.

“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi respondentlərin 36 faizlik səs çoxluğunu (231 səs) qazanıb. Qeyd edək ki, Pit bu mövsümdə ilk dəfədi ki, ən yaxşı adını qazanır.

Adrianın ən yaxın izləyicisi “Neftçi”nin yarımmüdafiəçisi Slavço Georgiyevski olub. Paytaxt klubunun üzvü səslərin 19 faizini toplaya (122 səs) bilib.

Üçüncü yeri isə “Bakı”nın orta sahə oyunçusu Deyvidas Çesnauski tutub. O, əsas rəqiblərilə müqayisədə bir qədər az – 10 faiz (66) səs toplayıb.