Azərbaycanda bacı qardaşına "atdı"

azerbaycanda-baci-qardasina-quotatdiquot
Oxunma sayı: 2614


“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Nəzarət Xanəhmədzadənin içərisində pul olan seyfi gizlədərək polisi aldatdığı üzə çıxıb. Belə ki, iyunun 9-da Sabunçu rayonunun Yeni Ramana qəsəbə sakini Nəzarət Xanəhmədzadə 12-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək qəsəbədəki evindən pəncərədən girmək yolu ilə qardaşı Cəsarətə məxsus içərisində 187.635 dollar, 1500 rubl və 244.309 manat pul olan seyfin oğurlanmasını bildirib. Aparılan araşdırmalar zamanı Nəzarət Xanəhmədzadənin seyfi evinin damında gizlətməsi, polisə isə yalan məlumat verməsi müəyyən edilib.