Azərbaycanda bayram namazı sabah qılınacaq

azerbaycanda-bayram-namazi-sabah-qilinacaq-
Oxunma sayı: 2750

 

Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən məlumat verilib.  

Azərbaycan ərazisində bayram namazı QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin iştirakı ilə avqustun 9-da Təzə Pir Məscidində qılınacaq.

 İdarədən bildirilib ki, yeni Ay Azərbaycan ərazisində hələlik müşahidə olunmayıb.

 Qeyd edək ki, dünyanın əksər müsəlman ölkələrində, o cümlədən Türkiyədə Ramazan bayramı bu gün qeyd edilir.