Azərbaycanda Baytarlıq klinikası açılıb - Fotolar

azerbaycanda-baytarliq-klinikasi-acilib
Oxunma sayı: 5049

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) açılmış Baytarlıq Klinikası ev heyvanlarına xidmət göstərməyə tam hazırdır.

"Qafqazinfo" xəbər verir ki, Türkiyə İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə universitetə verilmiş 29 adda, Türkiyə, Kanada, Almaniya, ABŞ və Cənubi Koreyada istehsal olunmuş avadanlıq və alətlər vasitəsilə baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin təcrübəli baytar həkimləri tərəfindən heyvanların müayinəsi, ultrasəslə müayinə, rentgen, cərrahi əməliyyatlar müasir standartlara uyğun həyata keçirilir.

Klinikada mövcud olan qeydiyyat, müayinə, ultrasəslə müayinə, rentgen, cərrahi əməliyyat otaqları  xüsusi antibakterial örtüklə üzlənmiş, mebel, tibbi şkaflar və digər avadanlıqlarla təchiz edilib.