Azərbaycanda Beynəlxalq Rəqs Müsabiqəsi keçiriləcək

azerbaycanda-beynelxalq-reqs-musabiqesi-kecirilecek
Oxunma sayı: 635

Xeyriyyə konsertində maraqlı, müxtəlif janrlı rəqs nömrələri təqdim olunacaq. Mərasimdə, tanınmış DJ-lər iştirak edəcəklər.
Adıçəkilən qurumların birgə təşəbbüsü ilə dekabrın 4-də də xeyriyyə tədbirinin keçirilməsi nəzərdə tutulub. Burada da sosial-latın, duet şoular və digər janrda rəqs nömrələrinin nümayişi planlaşdırılıb.

Onu da qeyd edək ki, Azərbaycan Gənclər Təşkilatı və Azərbaycan Müasir və Sosial Rəqs Assosiasiyasının təşkilatçılığı ilə ilin sonuna qədər başqa silsilə tədbirlərin keçirilməsi istiqamətində də işlər aparılır. Beləki, adıçəkilən qurumların təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda Beynəlxalq Rəqs Müsabiqəsinin keçirilməsi planlaşdırılıb. Beynəlxalq Rəqs Müsabiqəsində sosial-latın, duet rəqs şousu, elektro rəqs, breq-tans janrlarında olan rəqslərin nümayişi nəzərdə tutulub.