Azərbaycanda bir milyonluq layihəyə start verilir

azerbaycanda-bir-milyonluq-layiheye-start-verilir
Oxunma sayı: 641

Femida.az-ın məlumatına görə, Azərbaycan Hüquqlar Konsorsiumu proqramının əsas məqsədi vətəndaş cəmiyyətinin və hüquq mütəxəssislərinin vətəndaşların hüquq və maraqlarının daha yaxşı qorunması və qanun normalarının təkmilləşdirilməsi üçün səmərəliliyini artırmaqdır. 2013-cü ilin mart ayından etibarən AHK partnyorları olan VƏHML (rəhbəri Sahib Məmmədov) və KAF (rəhbəri Əliməmməd Nuriyev) sub-qrant müqaviləsi əsasında “Azərbaycan Hüquqlar Konsorsiumu” layihəsində üzərilərinə düşən fəaliyyətləri həyata keçirməyə başlayıblar.

Layihənin ümumi büdcəsi 1 500 000 ABŞ dollarıdır. Layihə büdcəsinə əsasən 4 il ərzində VƏHML 274 770 ABŞ dolları həcmində sub-qrant alacaq. KAF-ın 4 il ərzində layihə çərçivəsindəki büdcəsi isə 180 850 ABŞ dolları təşkil edəcək. Layihə müddətində həmçinin Xəzər Universitetində Hüquq Tədris Mərkəzinin yaradılması və fəaliyyəti üçün maddi-texniki bazanın yaradılması məqsədilə dəstək verilməkdədir.

Azərbaycan Hüquqşünasları Konfederasiyası layihə çərçivəsində Hüquq TV İnternet televiziyasını yaradıb.