“Azərbaycanda boşanmayanlara birtəhər baxırlar...”

“Azərbaycanda boşanmayanlara birtəhər baxırlar...”
Oxunma sayı: 47

Tanınmış vəkil İradə Cavadova yeni ailə qurmağa hazırlaşan gənclərə maraqlı tövsiyə verib.

“Qafqazinfo” xəbər verir ki, son zamanlar boşanmaların sayının xeyli artdığını vurğulayan vəkil cütlükləri qarşı tərəfin kreditinin olub-olmaması ilə maraqlanmağa çağırıb:

“Evlənən cütlüklərə tövsiyə edirəm ki,kreditlərinin olub-olmaması ilə bağlı mütamadi olaraq maraqlansınlar. Çox zaman tərəflərdən biri digərinin xəbəri olmadan kredit müqaviləsi bağlayır. Bunun nəticəsində də boşanma zamanı xeyli problemlərlə üzləşirlər. İndiki zamanda boşanma lap dəb halını alıb, artıq boşanmayanlara birtəhər baxırlar”.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında qeydiyyat şöbələri tərəfindən 18 229 nikah və 4896 boşanma halı qeydə alınıb. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi