Azərbaycanda bu iki vəzifə ləğv edilə bilər

azerbaycanda-bu-iki-vezife-legv-edile-biler
Oxunma sayı: 6516

Azərbaycanın Dövlət müşaviri və Azərbaycan Prezidentinin Administrasiyası rəhbərinin müavini vəzifəsi ləğv edilə bilər.

“Qafqazinfo”nun “Trend”ə istinadən məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət qulluğu haqqında” qanunun 11-ci (İnzibati və yardımçı vəzifələrin təsnifatı) maddəsinə dəyişiklik olunub.

Hazırki təsnifatda Azərbaycan Prezidentinin Administrasiyası rəhbərinin vəzifəsi, Azərbaycan Prezidentinin Administrasiyasında Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi, Milli Məclisin Aparat rəhbərinin vəzifəsi, Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın Aparat rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin vəzifəsi, Ali Məhkəmənin Aparat rəhbərinin vəzifəsi əksini tapıb.

Dəyişikliklə isə təsnifatdan Azərbaycanın Dövlət müşavirləri vəzifəsi çıxarılır. Maddədən (inzibati vəzifələrin birinci təsnifatı) Azərbaycan Prezidentinin Administrasiyası rəhbərinin müavini vəzifəsi də çıxarılır.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.