Azərbaycanda bu rayonda aptek yoxdur...

Azərbaycanda bu rayonda aptek yoxdur...
Oxunma sayı: 2498

Azərbaycanın paytaxt Bakıya ən yaxın turizm rayonu olan Xızıda anlaşılmaz vəziyyət hökm sürür. Belə ki, 16 370 nəfər əhalisi olan rayonda aptek yoxdur.

"Qafqazinfo" xəbər verir ki, məsələ ilə bağlı Modern.az saytının əməkdaşı Xızı rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

İcra hakimiyyətindən rayonda aptekin olmadığını təsdiqlədilər.

“Bəli, Xızı rayonunda heç bir aptek yoxdur. İnsanlar dərmana olan ehtiyaclarını Sumqayıtdan və digər yaxın rayonlarda olan apteklərdən qarşılayırlar. Həmçinin, rayon sakinləri dərmanla bağlı Xızı rayon Mərkəzi Xəstəxanasına müraciət edərsə, onlar müəyyən dərmanlarla təmin olunurlar. Rayonun heç bir yerində gizli dərman satışına da icazə verilmir”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi