Azərbaycanda bütün banklar sabah işləyəcək - AMB-dən məktub

Azərbaycanda bütün banklar sabah işləyəcək
Oxunma sayı: 2049

 Azərbaycan Mərkəzi Bankı (AMB) bütün banklara müraciət edib.

"Qafqazinfo" xəbər verir ki, məktub AMB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev adından daxil olub.

Bildirilir ki, dövlət büdcəsinə daxilolmaların və xərclərin kütləviliyini, hesablaşmaların başa çatdırılmasının təmin edilməsi zəruriliyini nəzərə alaraq, ölkədaxili hesablaşma-kassa əməliyyatlarının aparılması məqsədilə 30.09.2017-ci il tarixi bank sistemi üçün rəsmi iş günü elan edilir. Eyni zamanda ödəniş sistemləri üzrə 30.09.2017-ci il tarixi yeni əməliyyat günü hesab edilir.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi