Azərbaycanda canavarlar kəndə hücum edib

Azərbaycanda canavarlar kəndə hücum edib
Oxunma sayı: 99

Ağdaş rayonunun Ağzıbir kəndi canavarların hücumuna məruz qalıb. 

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, canavarlar gecə saatlarında kənd sakini Taleh Firiddun oğlu İsmayılovun həyətinə daxil olaraq mal-qaraya hücum ediblər. Səs-küyə oyanan ev sahibi yırtıcı heyvanları həyətdən qova bilib.

Bundan sonra məlum olub ki, kənd sakinin qoyunlarından üçünü canavarlar parçalayaraq öldürüb. Yırtıcılar digər yeddi baş qoyuna ağır xəsarət yetiriblər.

Yaralı heyvanlara yardım edilərək quduzluq əleyhinə iynələr vurulub. Canavarların öldürdüyü heyvanlar Rayon Baytarlıq idarəsinin sahə nümayəndələrinin nəzarəti altında yandırılaraq basdırılıb. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi