Azərbaycanda çempionat başladı

azerbaycanda-cempionat-basladi-
Oxunma sayı: 657

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, 3 mərhələdə keçiriləcək Çempionatda idmançılar bu gün- 05 aprel tarixində boulderinq, 06 aprel tarixində çətinlik, 07 aprel tarixində isə sürət mərhələlərində qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, yarışlarda Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının ölkəmizin müxtəlif bölgələrindən olan idman klublarının 70-ə yaxın yeni başlayan yeniyetmə və gənc idmançısı iştirak edir.

Çempionatın keçirilməsində məqsəd ekstremal idman növlərini, o cümlədən idman dırmanmasını yeniyetmə və gənclər arasında populyarlaşdırmaq və gələcəkdə beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edə biləcək idmançılar yetişdirməkdən ibarətdir.