Azərbaycanda çoban itinin saxlanma xərci 1-2 min manatdır

azerbaycanda-coban-itinin-saxlanma-xerci-1-2-min-manatdir
Oxunma sayı: 3069

“Bir xidməti itin Avropada satışı 10-15 min avro arasındadır. Saxlanma xərci isə, əgər orta alman çoban itindən söhbət gedirsə, bu, qida rasionundan asılıdır. Amma bir illik saxlanma qiyməti 1000-2000 manat arasındadır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin rəisi İlkin Osmanov jurnalistlərə açıqlamasında deyib.

İ. Osmanov əlavə edib ki, hazırda 60 baş xidməti axtarış iti mövcuddur: “Biz 12 dövlətə xidməti axtarış itləri göndərmişik. Onların təlimçiləri mərkəzimizin bazasında təlim keçiblər”.

Günel Türksoy