Azərbaycanda çobanlar arasında dava - Yaralılar var

Azərbaycanda çobanlar arasında dava
Oxunma sayı: 1745

Ağstafa rayonu ərazisində çobanlar arasında dava düşüb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Ceyrançöl ərazisində baş verib. Çobanlar arasında baş verən dava zamanı Daşkəsən rayon sakinləri - 1983-cü il təvəllüdlü Afiz Paşayev , onun qardaşı, 1993-cü il təvəllüdlü Asim Paşayev, 1983-cü il təvəllüdlü Mahir Məmmədov, Qazax rayonunun Daş Salahlı kənd sakini 1984-cü il təvəllüdlü Pərviz Süleymanov müxtəlif bədən xəsarətləri alaraq Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Davanın otlaq sahəsi üstündə baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi