Azərbaycanda çobanlar qaz yatağı tapdılar- - Fotolar

azerbaycanda-cobanlar-qaz-yatagi-tapdilar-
Oxunma sayı: 5032



Xaçmazda maraqlı hadisə baş verib. Kəndin çobanları çölün düzündə qaz yatağı aşkarlayıb. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, qazın çıxmasını çobanlar təsadüfən görüblər. Suyun içindən çıxan qaz kənd sakinlərini də sevindirib. Axı, belə bir təbii yanacaq mənbəyini hansı kənd sakini istəməz?
 
Təbii ki, Xaçmazın Əbilyataq kəndinin sakinlərini bu hadisə çox sevindirib. Kənd sakini Beyrud Əbilov qazın çoxdan çıxdığını deyir. Maraqlısı budur ki, bununla əlaqədar aidiyyəti qrumlardan heç kim bura baş çəkməyib. Çölün düzündə, əkin sahəsində, balaca çalada yerdən çıxan qaz gecə saatlarında gözlə daha yaxşı görünür. Bunun üçün kibrit alovunu suya yaxınlaşdırmaq kifayət edər ki, buradan qazın çıxdığını yəqinləşdirəsən. 
 
Qazın çıxması daha çox çobanların işinə yarayıb. Çobanlar soyuq havada suya od vurmaqla burda isinirlər. Bu ərazi dəniz sahilinə yaxın olduğuna görə yeraltı qaz yataqlarının da ola biləcəyi ehtimalı var. Kəndin bələdiyyə sədri isə bu xəbəri birinci dəfə eşitdiyini deyir. Bununla bağlı aidiyyəti orqanlara məlumat verəcəyini bildirir.
 
Xatırladaq ki, belə qaz yataqları Xaçmaz rayonu ərazilərində az deyil.