“Azərbaycanda çox böyük işlər görülüb” - Millət vəkili

“Azərbaycanda çox böyük işlər görülüb”
Oxunma sayı: 590

“25 il əvvəl Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycan xalqının həyatında çox əlamətdar hadisədir. 1992-ci ilin noyabrında bu partiyanın yaradılması tarixi hadisədir”. 

“Qafqazinfo” yap.org.az-a istinadən xəbər verir ki, bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş novruzov deyib. S.Novruzov bildirib ki, YAP o dövrün mürəkkəb ictimai-siyasi proseslərin fonunda xalqın ümid yeri kimi yaranıb: “Ötən 25 ilin mühüm hadisələrinə nəzər salsaq görərik ki, ən mühüm hadisələr məhz YAP hakimiyyətinin dövrünə təsadüf edir. Bu illər ərzində Azərbaycanda çox böyük işlər görülüb, dünyanın diqqətini  cəlb edən layihələr reallaşdırılıb. Bütün bunlar Azərbyacanı nənki regionda, bütövlükdə dünyada aparıcı dövlətlərdən  birinə çevirdi. Bu gün Azərbaycan sabitlik adasıdır, respublikamızda hərtərəfli inkişaf gedir, mötəbər beynəlxalq tədbirlər ölkəmizdə keçirilir. Bunların hamısı Yeni Azərbaycan Partiyasının xidmətidir və partiyamızın sədri, prezident  İlham Əliyev ulu öndərin siyasi xəttini davam etdirməklə, YAP-ın uğurlarını daha da genişləndirir. Hesab edirik ki, YAP Azərbaycan xalqına uzun illər xidmət göstərəcək və yeni-yeni nailiyətələrə imza atacaq”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi