“Azərbaycanda çox şey qazanmışam” - Riçard Almeyda

azerbaycanda-cox-sey-qazanmisam
Oxunma sayı: 2361

“Azərbaycanda uzun müddət çıxış etdim. İndi isə fərqli çempionatda oynamaq istəyirəm”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri "Qarabağ"dan ayrılan Riçard Almeyda deyib.

Braziliyalı futbolçu Azərbaycanda ciddi uğurlar qazandığını bildirib: "Milliləşdirilmiş futbolçu kimi Azərbaycan yığma komandasının üzvüyəm və 8 oyun keçirmişəm. Tanrıya minnətdaram. Azərbaycanda çox şey qazanmışam. "Qarabağ" mənim üçün ancaq uğurla yadda qaldı. Heç bir şey itirməmişəm. 6 ildə çox titul qazandım. 5 dəfə ölkə çempionu olduq. Çempionlar Liqasının qrup mərhələsində oynamaqla zirvəyə çatdıq".

Yarımmüdafiəçi gələcək karyerası haqda danışıb: "Təkliflərlə atamla agentim məşğuldur. Onlar bir neçə təklif ortaya çıxarsalar da, imtina etmişəm. 5-6 ölkədən fərqli variantlar var idi. Yekun qərarı iyunun ortalarında verəcəm. Atamla həyat yoldaşım mənə dəstək verirlər".