“Azərbaycanda dağıdıcı zəlzələnin olacağına dair...” - Seysmoloji Mərkəzdən bəyanat

“Azərbaycanda dağıdıcı zəlzələnin olacağına dair...”
Oxunma sayı: 5153

"Fevralın 5-də Ağsu və Şamaxı rayonlarında baş verən zəlzələlərdən sonra ərazidə afterşokların qeydə alınması davam edir. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən zəlzələ bölgəsində hiss olunan afterşoklar və hazırki vəziyyətlə bağlı ictimaiyyətə müntəzəm olaraq məlumat verilir. Təəssüflə qeyd etmək istəyirik ki, sosial şəbəkələrdə bəzi insanlar əhali arasında yersiz təxribat və təşviş hissi yaratmaq məqsədi ilə Azərbaycanda güclü və dağıdıcı zəlzələlərin olacağına dair əsassız məlumatlar yayırlar. Bu isə insanlarda yersiz qorxu və narahatçılıq yaradır".

"Qafqazinfo" xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı bəyanatda bildirilir.

Bəyanatda qeyd edilir ki, zəlzələ bölgəsində afterşokların davam etməsinə baxmayaraq, hər hansı güclü və dağıdıcı zəlzələlər gözlənilmir. Əvvəlcədən də bildirdiyimiz kimi qeydə alınan afterşoklar arasında hiss olunanların olması mümkündür və bir neçə belə təkan qeydə alınıb. Bu barədə ictimaiyyətə RSXM-nin rəsmi internet səhifəsi www.seismology.az  və KİV vasitəsi ilə operativ şəkildə məlumatlar çatdırılır. Hazırda bölgədə seysmoloji müşahidələr davam etdirilir.

Qeydə alınan hiss olunan təkanların güclü və dağıdıcı olmaq ehtimalı yoxdur. Odur ki, bütün ictimaiyyəti, KİV-ləri və vətəndaşlarımızı hər hansı təxribat xarakterli xəbərlərə inanmamağa, zəlzələyə dair məlumatları yayarkən Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinad etməyə çağırırıq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi