Azərbaycanda daha 15 tibb müəssisəsi açılacaq

azerbaycanda-daha-15-tibb-muessisesi-acilacaq
Oxunma sayı: 639

Onun sözlərinə görə, bu müəssisələr Bakı və respublikanın müxtəlif bölgələrində açılacaq. Son 7 ildə yaradılan, tikilən, təmir olunan tibb müəssisələrinin sayı 450-ni keçib. Bu gün Azərbaycanda səhiyyə sektoruna ölkə başçısının çox böyük diqqət və qayğısı var. Ölkədə yeni tibb müəssisələri yaradılır, tibb müəssisələri müasir avadanlıqla təchiz olunur, kadırların hazırlanması istiqamətində uğurlu addımlar atılır.

O deyib ki, hazırda ölkədə səhiyyə sektorunda yeni proqramlar qəbul olunur və bunun həyata keçirilməsi üçün maddi texniki bazanın yaradılmasına ehtiyac yaranır. Həmçinin dərman perapartalarının ölkəyə gətirilməsinə ehtiyac yaranır. Azərbaycanda qeydiyyatdan keçən dərman preaparatlarının sayı da günbəgün artır. Ölkə başçısının səhiyyə sektoruna göstərdiyi diqqətə əsasən yaxın illərdə Azərbaycanda təmirsiz və təchizatsız tibb müəssisəsi qalmayacaq.