Azərbaycanda daha 6 bank bağlana bilər

Azərbaycanda daha 6 bank bağlana bilər
Oxunma sayı: 26

“Mərkəzi Bankın son illər nəticəsiz olan konsolidasiya (birləşmə) cəhdləri nəhayət ki reallaşdı. “Atabank" və "Caspian Development Bank” birləşmək qərarı verdilər. Bu, həm də AGBank, Parabank və digərlərinin 2015-ci ildəki uğursuz təşəbbüslərindən sonra ilk real addım idi”. 

“Qafqazinfo” xəbər verir ki, bunu iqtisadçı Samir Əliyev “Atabank” və “Caspian Development Bank”ın birləşməsinə münasibət bildirərkən deyib.

Ekspert qeyd edib ki, Azərbaycanda bankların konsolidasiyasiyası çətin prosesdir və hətta son vaxtlar qeyri-mümkün olub:

“Bunun bir neçə səbəbi var ki, onlardan biri də bank sahiblərinin məsuliyyəti və səlahiyyəti başqası ilə bölüşmək istəməsidir. Müxtəlif sahibi olan bankların birləşməsi mümkün olmasa da eyni sahibi olan bankların birləşməsi realdır.

Bu birləşmədən sonra bankların sayı 31 olacaq. Bununla da devalvasiyadan sonra bağlanan bankların sayı 14 olacaq. Bank qanunvericiliyinə edilmiş son dəyişikliklərdən sonra bankların sayının azaldılması prosesi davam edəcək. Əsas üstünlük bankların konsolidasiyasına veriləcək”. 

Samir Əliyev düşünür ki, bu, baş tutmasa banklar ləğv ediləcək:

“Son dəyişikliklər rezolyusiya tədbirləri vasitəsilə bankları konsolidasiyaya "stimullaşdıracaq". Körpü bankların yaradılması vasitəsilə bəzi bankların əvvəlcə sağlamlaşdırılmasi sonra isə digər banklara birləşmədirilməsi tədbirləri həyata keçiriləcək. Bütün proseslərin nəticəsi olaraq bankların sayının 25-ə qədər azaldılmasını gözləmək olar”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi