Azərbaycanda daha bir ailə faciəsi - Gəlin öldü

azerbaycanda-daha-bir-aile-faciesi-gelin-oldu
Oxunma sayı: 633

Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, rayonun Dəyirmanlı kəndində 27 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb.

Həmin gün axşam saatlarında kənd sakini Səmədova Milay Zabil qızı bud nahiyəsindən aldığı yaradan qanaxma nəticəsində ölüb.

Məumata görə, hadisə ailədaxili münaqişə zəminində baş verib. Belə ki, 27 yaşlı qızın qayınatası onun həyat yopldaşı olan oğlunu evdə döyürmüş. Bu zaman M. Səmədova araya girib. Davanı sakitləşdirməyə çalışan M.Səmədova yıxılıb və qırılmış pəncərə şüşələrinin üstünə düşüb. O, aldığı xəsarətdən xeyli qan itirib və dünyasını dəyişib.