Azərbaycanda daha bir ailə qətli

azerbaycanda-daha-bir-aile-qetli
Oxunma sayı: 663

Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Ucar şəhəri Heydər Əliyev prospektində rayon sakini Yəmən Əlihəsən oğlu Əsgərov həyat yoldaşı Sahibə Məmməd qızı Əsgərovanı qətlə yetirib. Ər həyat yoldaşına çoxsaylı bıçaq xəsarətləri yetirib. Hadisə ərin qısqanclıq üzündən arvadını xüsusi amansızlıqla öldürdüyü bildirilir.

Hadisəni törətmiş Y.Əsgərov tutulub. Faktla əlaqədar cinayət işi başlanılıb.