Azərbaycanda daha bir dəhşətli avtobus faciəsi - - 1 ölü, 5 yaralı

azerbaycanda-daha-bir-dehsetli-avtobus-faciesi-
Oxunma sayı: 2703



Ani ehtiyatsızlıq 19 yaşlı sürücünün həyatına son qoyub. Trend Cənub TV-yə istinadən xəbər verir ki, Salyan rayonunda ağır yol-qəza hadisəsi baş verib. Qəza nəticəsidə 1 nəfər ölüb, 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə iyulun 19-u Ələt-Astara magistralının 77-ci kilometrliyində Salyan rayonunun Dayıkənd kəndi ərazisində qeydə alınıb.

Adıçəkilən ərazidə sərnişin daşıyan mikroavtobusla "Mersedes" markalı minik maşını qarşı-qarşıya toqquşub. Zərbə güclü olduğundan hər iki maşının qarşı hissəsi ciddi zədələnərək, yararsız hala düşüb.

Qəza nəticəsində "Mersedes"in sürücüsü Lənkəran şəhər sakini, 19 yaşlı Rahib Mais oğlu Şərifzadə hadisə yerindəcə keçinib. Mikroavtobusun sürücüsü, Astara rayon sakini, 30 yaşlı Vidadi Vizali oğlu Dadaşov, sərnişinlərdən 13 yaşlı Biləsuvar sakini Hüseyn İkram oğlu Nuruzadə, Bakı sakini, 18 yaşlı Davud Telman oğlu Qəniyev, Cəlilabad sakini, 21 yaşlı Vüqar Yavər oğlu Əmənov və hələlik şəxsiyyəti məlum olmayan daha bir nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Hadisə yerinə YPX-nin əməkdaşları və təcili yardım maşını gəlib. Yaralılar dərhal təcili yardım maşını ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanada həkimlər tərəfindən onlara ilk tibbi yardım göstərilib.İlkin ehtimala görə qəzanın baş verməsinə səbəb,"Mersedes"in ötmə əməliyyatı zamanı mikroavtobusun yoluna çıxması olub. Faktla bağlı BDYP İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.