Azərbaycanda daha bir doğuş faciəsi

azerbaycanda-daha-bir-dogus-faciesi
Oxunma sayı: 1485

Bərdə rayonunda doğuş zamanı körpə vəfat edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə fevralın 21-i gecə 2 radələrində baş verib. Tərtər rayon sakini, 1981-ci il təvəllüdlü Gülxarə Əhmədova 29-30 həftəlik hamiləlik, vaxtından əvvəl doğuş diaqnozu ilə Bərdə rayon doğum evinə daxil olub. Doğuşdan bir neçə dəqiqə sonra yeni doğulmuş oğlan uşağı ölüb. 

Daxil olmuş məlumat əsasında dərhal məhkəmə-tibb ekspertizası təyin edilərək uşağın meyitinə baxış keçirilib, digər zəruri hərəkətlər yerinə yetirilib. 

Bərdə rayon prokurorluğunda araşdırma aparılır.

Murad Əhməd