Azərbaycanda daha bir nadir əməliyyat

Azərbaycanda daha bir nadir əməliyyat
Oxunma sayı: 1730

ATU-nun Tədris Cərrahiyyə Klinikasının ortopediya və travmatologiya şöbəsində travmatologiyanın bütün sahələrinə dair əməliyyatlar, o cümlədən endoprotez, skalioz, reaplantasyon əməliyyatları icra olunur.

"Qafqazinfo" Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, bu günlərdə 10 yaşlı uşaq üzərində nadir bir əməliyyat uğurla icra olunub. Uşaq yıxılıb, sol qolunda bazu sümüyünün suprakondilər fəsadlı sınığı ilə klinikaya müraciət ediblər.

Müayinə zamanı artıq periferik nəbz olmayıb. Xəstə təcili əməliyyata alınıb. 6 saat davam edən əməliyyatdan sonra sınıq bərpa olunub, bazu arteriyasının esikiasiyası, trombozu, periferik qan dövranı pozğunluğu aradan qaldırılıb. Xəstədən fəsadlaşmış damar götürülüb əvəzinə sağ aşağı ətrafdan vena alınaraq, sol yuxarı bazu sümüyünə köçürülüb.
Əməliyyat zamanı travmaya görə bazu arteriyasının təxminən 4-5sm-lik seqmentində disseksiya və ona bağlı olaraq, damar trombozu aşkarlanmışdı. Bunun nəticəsi olaraq, sol yuxarı ətrafda işemiya əlamətləri görülmüşdür. Xəstə intraoperativ olaraq dəyərləndirilib, bazu arteriyasında lokal disseksiyanın olduğu aşkarlanıb və xəstəyə safen veu grefti ilə bazu arteriyasının interpozisiyası əməliyyatı uğurla icra edilib.

Həkimlərinin vaxtında və uğurlu müdaxiləsi nəticəsində hazırda xəstənin sol qolunda nəbzi normal vurur. Xəstə normal qidalanır. Uşaq bir neçə gündən sonra evə yazılacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi