Azərbaycanda daha bir qadın plastik əməliyyatın qurbanı olub

azerbaycanda-daha-bir-qadin-plastik-emeliyyatin-qurbani-olub
Oxunma sayı: 11496

Bakıda xəstə əməliyyat masasında vəfat edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bir müddət öncə Sabunçu rayonunda yerləşən “Stimul Hospital”da baş verib.

Həkim Elçin Zodan pasiyent Y.Q-nı plastik əməliyyat edərkən o, stolda keçinib. Y.Quliyeva əməliyyat başa çatmamış dünyasını dəyişib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi açılıb, daha sonra iş Bakı şəhər Prokurorluğuna verilib.

E.Zodanın apardığı əməliyyat zamanı xəstənin vəfat etməsinin səbəbləri istintaq tərəfindən araşdırılır.

Plastik cərrah Elçin Zodan “Qafqazinfo”ya açıqlamasında məlumatı təsdiqləyib.