Azərbaycanda dava- - 1 nəfər öldürüldü

azerbaycanda-dava-
Oxunma sayı: 7636


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, hadisə Beyləqan şəhərində baş verib. Beyləqan sakinləri 23 yaşlı Zakir Yusifli, dostu 22 yaşlı Tural İsmayıllı ilə birlikdə həmyerliləri 30 yaşlı Yasin Hüseynovla mübahisə edib. Nəticədə dostlar bıçağa əl atıb. Yasin Hüseynov aldığı bıçaq xəsarəti nəticəsində dünyasını dəyişib. 

Rayon polis şöbəsindən verilən məlumata görə dostlar hadisədən sonra saxlanılıb. 

Faktla bağlı Beyləqan prokurorluğunda araşdırma aparılır.