Azərbaycanda “Davay dosvidaniya” restoranı açılır

azerbaycanda-davay-dosvidaniya-restorani-acilir
Oxunma sayı: 662

“Qafqazinfo”nun məlumatına görə, qardaşlar yaxın vaxtlarda Sumqayıtda “Nəsimi” parkının yanında “Davay dosvidaniya” adlı restoran açacaqlar. Restoranda son hazırlıq işləri aparılır.

Qeyd edək ki, Rüstəmov qardaşlarının meyxanası nəinki Azərbaycanda, hətta Rusiya, Gürcüstanda da məşhurdur. Rusiya şou-biznesinin ən parlaq ulduzlarından sayılan Timati digər repçi həmkarları ilə birgə “Davay, dosvidaniya” qafiyə-nəqarəti ilə müşayiət olunan rep oxuyublar. Timati hətta, buna klip də çəkdirib. Repdə Rusiya şou-biznesinin iyrənc çılpaqlıqları lağa qoyularaq tənqid edilib. Timati sözügedən repi dostları Nel, L’One, Mişa Krupin və ST ilə birlikdə ərsəyə gətirib.

Qardaşların “Davay, dosvidaniya” qafiyəsi meyxanadan çox siyasi çağırış kimi səslənməyə başlayıb. Və bu çağırışlar Putinə, Saakaşviliyə qarşı işlənib. Qardaşlar hətta Azərbaycan prezidenti İlham Əliyevlə də görüşüblər.