Qəza noyabrın 24-ü, saat 23-00 radələrində Qax-Qum yolunun 6-cı kilometrliyində qeydə alınıb.
Şirvan şəhər sakini, 1992-ci il təvəllüdlü Nəzərov Akif Zakir oğlu idarə etdiyi “Mercedes-190” markalı, 90 DT 384 dövlət nişan nömrəli avtomobili Süsgən çayı üzərindəki körpüdən aşırıb.
Baş vermiş qəza nəticəsində avtomobildə olan sərnişinlər - Qax rayonu İlisu kənd sakini, 1985-ci il təvəllüdlü Abbasov Novruz İsa oğlu, Sabirabad rayon sakini, 1979-cu il təvəllüdlü Əkbərov Hikmət Qismət oğlu və Sirvan şəhər sakini, 1983-cü il təvəllüdlü Qasımov Nazim Nizami oğlu hadisə yerində ölüblər.
Avtomobilin sürücüsü A. Nəzirov və digər sərnişinlər - Şirvan şəhər sakini, 1990-cı il təvəllüdlü Zeynalov İlham Allahverdi oğlu və Qax rayonu İlisu kənd sakini, 1985-ci il təvəllüdlü Abbasov Novruz İsa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Qax Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Qax rayon Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.