Azərbaycanda dəhşətli qəza - 4 ölü

azerbaycanda-dehsetli-qeza-4-olu
Oxunma sayı: 634


Şəmkir rayon Polis Şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi Bəxtiyar Rəhimovun Kəpəz TV-yə verdiyi məlumata görə, hadisə Şəmkir-Gədəbəy yolunun Yasamal aşırımının Çənlibel kəndi ərazisində baş verib.

"VAZ 21011" markalı avtomobillə "VAZ 21074" markalı maşın toqquşub. Qəza nəticəsində 4 nəfər, 47 yaşlı Gülnarə Hüseynova, 33 yaşlı Xaliq Mehdiyev, 37 yaşlı Rasim Ələsgərov, 34 yaşlı Tofiq Əliyev dünyasını dəyişib, 4 nəfər isə ağır bədən xəsarətləri alıb.

Yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəza nəticəsində xəsarət alanlar "VAZ 21074"-ün sürücüsü - Gədəbəy sakini 30 yaşlı Elçin Quliyev, Şəmkirin Çənlibel kənd sakini 25 yaşlı Mübariz İsmayılov, Gədəbəy sakini 43 yaşlı İmran Orucov və "VAZ 21011"-in sürücüsü Gədəbəy sakini 27 yaşlı Arzu Musayevdir.

Faktla bağlı araşdırma aparılır. /Trend/