Azərbaycanda dəhşətli sevgi faciəsi- - Biri boğuldu, biri asıldı+Yenilənib

azerbaycanda-dehsetli-sevgi-faciesi-
Oxunma sayı: 11066


Xaçmaz rayon meşə massivində iki məktəblinin boğulmuş-asılmış vəziyyətdə meyitləri tapılıb. 

“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, intihar hadisəsi ilə bağlı fakt ötən axşam 20:00 radələrində aşkar edilib.

 Xaçmaz rayon Polis Şöbəsinin növbətçi hissəsindən bildirilib ki, meyiti tapılanlar Xaçmaz şəhər sakini 22.08.1998-cil il təvəllüdlü Quliyev Vasif Yaşar oğlu və 27.05.1997-cil təvəllüdlü Tağıyeva Nərgiz Nurməmməd qızıolub. Onlar Xaçmaz şəhər 2 saylı orta məktəbin 10-cu sinif şagirdləridir.

Gənclərin sevgili olmaq ehtimalı da var. Buna görə də hadisəyə səbəb sevgi əlaqələrinin də ola biləcəyi düşünülür.

Növbətçi hissədən gənclərdən birinin boğulmuş, digərinin isə asılmış vəziyyətdə tapıldığı və hal-hazırda meyitlərin Xaçmaz rayon morqunda olduğu bildirilib.

Hələ ki, hadisənin təfərrüatları balədə məlumat verilməyib.

Qeyd edək ki, hadisənin qətl və ya intihar hadisəsi olması Xaçmaz rayon Prokurorluğunda aparılan araşdırmanın sonunda bilinəcək.

 ***

Xaçmaz rayon polis şöbəsinin rəis müavini Valik Vəlimətov bildirib ki, gənclər sevgili olublar və ayrılmamaq üçün intihar ediblər: “Gənclər 10-cu sinif şagirdləri olublar və paralel siniflərdə oxuyublar. Ailəsi qızı Rusiyada yaşayan qohumları ilə nişanlayıb. Daha sonra gənclər ayrılmamaq üçün intihara əl atıblar. Gənclər birlikdə meşə massivinə gediblər. Onların yanında oğlanın sinif yoldaşı Amin adlı şəxs də olub. 

Amin gənclərin intihar etmək niyyətlərini başa düşəndə onlara yalvarıb ki, bu yoldan dönsünlər. Hətta Amin sinif yoldaşlarını intihar fikrindən daşındırmaq üçün qolunu yaralayıb. Amma sevgili olan gənclər onu aldadıblar və evə yola salıblar. Evə gələn Amin hadisələri öz ailəsinə və gənclərin ailəsinə danışıb. Valideynlər meşə massivinə gəliblər və orada gənclərin asılmış vəziyyətdə olan meyitləri ilə qarşılaşıblar. Oğlanın belində olan dəri kəmərlə, qızın isə parça kəmərlə özlərini asdıqları məlum olub”.

Hadisə ilə əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.