Azərbaycanda dəhşətli sevgi intiharı

azerbaycanda-dehsetli-sevgi-intihari
Oxunma sayı: 3799


“Qafqazinfo” xəbər verir ki, rayon sakinlərinin Lent.az-a verdiyi məlumata Kürdəmir şəhərində, dəmir yolu stansiyasının yaxınlığındakı müşahidə qülləsinə çıxan gənc oğlan özünü hündürlükdən atıb. Təxminən 30-35 metr hündürlüyü olan qüllədən atılan oğlan ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Məlumata görə, intihar edən oğlan 1995-ci il təvəllüdlü Şıxəliyev Azad Xasay oğludur. O sevdiyi qıza görə günorta saatlarında qülləyə çıxıb və qışqıraraq özünü atacağını deyib. Daha sonra A.Şıxəliyevin sevdiyi qız da hadisə yerinə gəlib. Həmin qız da qülləyə çıxaraq Azadla danışmağa çalışıb. Lakin gənc oğlan inadından dönməyib və özünü yerə atıb.

Hadisə ilə bağlı araşdırmalar aparılır.