Azərbaycanda dələduzluq edən gürcü qadın həbs olundu

azerbaycanda-deleduzluq-eden-gurcu-qadin-hebs-olundu
Oxunma sayı: 643

Bakı Şəhər BPİ mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Yasamal RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Sayat Məmmədov dünən yaxalanıb.

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Gürcüstan vətədaşı Lamiyə İsmayılova ötən gün tutulub.

Elə AR CM-in 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Vüsal Həsənov da dünən Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Kürdəmir RPŞ tərəfindən saxlanılıb.

Sentyabrın 16-da naməlum şəxs Zığ yolu küçəsində Faiq Rzayevə bıçaq xəsarətləri yetirib, zərərçəkmiş 3 saylı xəstəxanaya yerləşdirilib. Xətai RPİ CAŞ və 36-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakinləri - Elşən Mustafayev, qardaşı Rövşən və Asim Balakişiyev ötən gün həbs olunub.