Azərbaycanda dəm qazından 450 nəfər zəhərləndi

azerbaycanda-dem-qazindan-450-nefer-zeherlendi
Oxunma sayı: 631

Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bazar ertəsi Trend-ə bildirib ki, dünən xəstəxanaya 7, bu gün isə 6 nəfər gətirilib. Ümumilikdə bu il dəm qazından zəhərlənmə ilə bağlı mərkəzə 450 nəfərdən çox xəstə gətirilib. Zəhərlənmə hallarının çoxu yanvar-mart və noyabr-dekabr aylarında baş verib.

Maqsudov bildirib ki, dəm qazından zəhərlənmələrin sayı ötən illə müqayisədə artıb. 2011-ci ildə mərkəzə 356 nəfər dəm qazından zəhərlənmiş xəstə gətirilmişdi.

Maqsudov deyib ki, mərkəzə hər gün alkoqol sərxoşluğuna görə il ərzində 100-150 nəfər gətirilir.

"Alkoloq sərxoşluğu zəhərlənmə deyil. Ancaq onda zəhərlənmənin əlavə təsirləri baş verir. Həmin şəxslərin səhhəti içkinin və soyuq havanın təsirindən pisləşir. Belə insanlara yardım göstərildikdən sonra evə buraxılır", - toksikoloq əlavə edib.
Qeyd edək ki, "Azəriqaz" İstehsalat Birliyi də hamamda dəm qazından zəhərlənmələrin baş verməsini xüsusi tüstü borularının olmaması ilə izah edir.