Azərbaycanda dəmiryolçunun cinsiyyət orqanını kim kəsdi?

azerbaycanda-demiryolcunun-cinsiyyet-orqanini-kim-kesdi
Oxunma sayı: 639

Məlumata görə, İ.H iş yoldaşı, Zəngilan rayonundan məcburi köçkün olan Cəmil Müseyibovla dəmiryolu xətti yaxınlığında çayxana kimi istifadə olunan vaqonda yeyib-içiblər. Hər iki şəxs daha sonra sərxoş vəziyyətdə dalaşıblar. Bu zaman İ.H mətbəx bıçağı ilə iş yoldaşının bel nahiyəsinə zərbə endirib. Xəsarət almış Cəmil bıçağı onun əlindən almağa müvəffəq olub və daha sərxoş vəziyyətdə olan həmkarını cəzalandırıb. O bıçağı altdan yuxarı formada İ.H qasıq nahiyəsinə soxub. Bu zaman ikincinin cinsiyyət orqanı zədələnib. İ.H təcili olaraq Beyləqan rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Həkimlər onu əməliyyat edib, cinsiyyət orqanı yerinə tikilib. Xəstənin vəziyyəti ilə bağlı isə hələlik konkret fikir bildirmək mümkün deyil.

Hadisə ilə bağlı araşdırmalar aidiyyatı üzrə Dəmir Yol Nəqliyyatında Polis İdarəsinə verilib. Hazırda araşdırmalar davam etdirilir.