“Azərbaycanda dini münasibətlərə xələl gətirən qüvvələr var” – - Komitə sədri

azerbaycanda-dini-munasibetlere-xelel-getiren-quvveler-var-
Oxunma sayı: 803

SalamNews-un bölgə müxbirinin verdiyi xəbərə görə, bunu Qubada jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri (DQİDK) Elşad İsgəndərov deyib.

O bildirib ki, təəssüflər olsun ki, bu münasibətlərə xələl gətirən qüvvələrə də rast gəlinir.

E.İsgəndərov şimal bölgəsindəki dini vəziyyətə də toxunub, bölgədə dini durumun sabit olduğunu söyləyib.

Xatırladaq ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Respublikanın Şimal bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, eləcə də fəal dindar və ilahiyyatçılar üçün “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda ikigünlük regional konfrans keçirib. Dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarfiləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədilə keçirilən regional konfransda deputatlar, Şimal bölgəsi üzrə rayonların icra strukturları, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi, digər rəsmi şəxslər, ölkə ictimaiyyətinin, elmi dairələrin nümayəndələri iştirak edib.