Azərbaycanda doktoranturaya qəbul planı təsdiqləndi

azerbaycanda-doktoranturaya-qebul-plani-tesdiqlendi
Oxunma sayı: 649

Elmlər doktoru proqramı üzrə isə 110 yer ayrılıb.
Əfəndiyevanın sözlərinə görə, akademiya sistemindəki elmi təşkilat və müəssisələrdə doktoranturaya sənəd qəbuluna sentyabrın 1-dən başlamaq nəzərdə tutulur. Sənəd qəbulu bir ay davam edəcək. İmtahanların oktyabrda keçirilməsi planlaşdırılır.

AMEA rəsmisi doktoranturaya sənəd qəbulu və imtahanların ötən ilki qayda ilə təşkil ediləcəyini də söyləyib.

Qeyd edək ki, 2011-ci ildə Azərbaycanda doktoranturaya ilk dəfə qəbul keçirilib.

Azərbaycan Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli qərarına uyğun olaraq, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan vətəndaşları müsabiqə əsasında qəbul oluna bilərlər.

Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və "Fəlsəfə doktoru" (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan vətəndaşları qəbul edilirlər.