“Azərbaycanda “donuz qripi” müşahidə olunarsa...”

“Azərbaycanda “donuz qripi” müşahidə olunarsa...”
Oxunma sayı: 1303

“Bu gün Azərbaycan Respublikasında birmənalı olaraq “donuz qripi” deyə bir şey yoxdur”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri ölkənin Baş epidemioloqu İbadulla Ağayev mətbuat konfransında deyib. Bildirib ki, H1N1 törədici virusdur, insanda da, heyvanda da eyni reaksiyanı yaradır:

“Bütün tibb müəssisələrində nazir tərəfindən verilmiş əmr var. Qrip kütləvi şəkildə yayılsa ona qarşı mübarizə aparmağa tam hazırıq. “Donuz qripi”nə qarşı hər hansı bir vaksin yoxdur. Müxtəlif bölgələrimizdə havaların soyuması ilə əlaqədar olaraq soyuqdəymə halı müşahidə oluna bilər.

Dərman deposu Səhiyyə Nazirliyinin tabeliyindədir. Nazirliyin icazəsi olmadan ölkəyə dərman gətirilə bilməz. Özəl şirkətlər peyvəndi gətirsə belə onu nazirliyin tabeliyindəki müvafiq müəssisələrində qeydiyyatdan keçirməlidir”.

İ. Ağayev qeyd edib ki, heç kimə ölkəyə gəliş və çıxışla bağlı qadağa qoya bilməzlər: 

“Bizim ölkəmizdən qonşu ölkələrə gedən şəxslərin də bu qripə yoluxmaq ehtimalı sıfıra bərabərdir. Çünki Gürcüstanda ölən 14 nəfər izolyasiya edilib. Ora gedən turistlər həmin şəxslərlə təmasda olmayacaq.

***

İ.Ağayevin sözlərinə görə, əhali bilməlidir ki, dezinfeksiya işləri Respublika Gigiyena və Epidemologiya Mərkəzi tərəfindən aparılır:

“Bütün rayonlarda təsərrüfat hesablı dezinfeksiya müəssisələri var. Binalar həmin müəssisə ilə müqavilə bağlayır və bunun əsasında dezinfeksiya işləri aparılır. Lakin bu müəssisələr yalnız müəyyən zərərvericilər və zirzəmi sularından yaranan infeksiyalara qarşı tədbir görə bilirlər”.

***

Bu qrip Azərbaycanda da müşahidə olunsa onunla mübarizəylə bağlı aşağıdakı tibb ocaqları fəaliyət göstərəcək:

“Əgər ölkədə “donuz qripi” müşahidə olunarsa, 7 saylı İnfeksion Xəstəxana, 1 saylı Kliniki Tibbi Mərkəz və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda əhaliyə xidmət göstəriləcək”.

Günel Hacı

Foto: Pərvin Zeynal



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi